Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və 1800
MHz şəbəkələri istifadəsi üçün təsdiq edilmişdir. Şəbəkə
haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət
təminatçınızla əlaqə saxlayın.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının
istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə
və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və
müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər
şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının qorunması müəyyən şəkillərin,
musiqinin və digər məzmunun surətinin çıxarılmasına,
dəyişdirilməsinə və ya köçürülməsinin qarşısını ala bilər.
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın
rezerv surətlərini çıxarın və ya yazılı qeyd edin.
Digər hər hansı cihaza qoşularkən təfərrüatlı təhlükəsizlik
təlimatları üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun
olmayan məhsulları qoşmayın.
Bu təlimatdakı təsvirlər sizin cihazınızda nümayiş olunandan
fərqlənə bilər.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə
ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə
mövcud deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz
üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə
etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərinə məlumatın
ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr
üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün
xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət
təminatçınız hansı dəyişliklərin tətbiq olunacağını izah edə
bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda
quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu
adları, menyu sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış
elementlər də ola bilər.
Dəstək
Məhsulunuzdan necə istifadə etməyiniz barədə daha ətraflı
öyrənmək və cihazınızın necə çalışdığını təmin etmək üçün,
istifadəçi təlimatına yaxud www.nokia.com/support yaxud
yerli Nokia veb-saytında, www.nokia.mobi/support (mobil
cihazı ilə) dəstək səhifələrinə baxın.
Əgər bu sizin məsələnizi həll etmirsə, aşağıdakını edin:
•
Cihazı söndürüb işə salın: cihazı söndürün və
batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra
batareyanı yenidən daxil edib cihazı yandırın.
•
İstifadəçi təlimatında göstərildiyi kimi orijinal istehsalçı
parametrlərini bərpa edin.
Əgər bu məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün
əlaqə saxlayın. Baxın www.nokia.com/repair. Cihazınızı
təmirə göndərməkdən əvvəl həmişə cihazınızdakı
məlumatın rezerv nüsxəsini çıxardın.